Xarici siyasət

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib — FOTOLAR (YENİLƏNİB)

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib — FOTOLAR (YENİLƏNİB)

Növbəti köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Açarların təqdimetmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

*** 13:51

Növbəti köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.

Kəndlərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib. (report)

*** 06:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə 13 nəfər, Xanyurdu kəndinə 4 ailə 10 nəfər, Xanabad kəndinə 8 ailə 31 nəfər, Ballıca kəndinə 3 ailə 8 nəfər, Təzəbinə kəndinə 14 ailə 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə 36 nəfər, Həsənriz kəndinə 6 ailə 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə 49 nəfər, Çapar kəndinə 15 ailə 51 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib — FOTOLAR (YENİLƏNİB)

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib — FOTOLAR (YENİLƏNİB)

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib — FOTOLAR (YENİLƏNİB)
Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib — FOTOLAR (YENİLƏNİB)

Demokrat.az

D
demokrat.az