Türkiyənin İstanbul şəhərində T1 Kabataş-Bağcılar tramvay xəttində hərəkət edən tramvay Fındıklı dayanacağında relsdən çıxıb.
Demokrat.az xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə yanğınsöndürmə və tibbi yardım qrupları cəlb olunub.
Tramvayda olan sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Jalə Demokrat.az


