Sosial

Qəbələnin bəzi ərazilərdə qaz olmayacaq

Qəbələnin bəzi ərazilərdə qaz olmayacaq

Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Demokrat.azxəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Demokrat.az

D
demokrat.az