Şou-biznes Özəl

Seda Sayandan çanta etirafı: "Saxtasından istifadə edirəm!"

Seda Sayandan çanta etirafı: Saxtasından istifadə edirəm!

Hər açıqlaması ilə gündəmə gələn məşhur türk müğənni Seda Sayan verilişində etdiyi açıqlama ilə maqazin dünyasının diqqətini çəkib.

Demokrat.az xəbər verir ki, lüks brendlərin orijinal çantalarının qiymətlərini həddindən artıq baha hesab edən Sayan öz seçimini açıq şəkildə ifadə edərək “Saxta çanta istifadə edirəm!” deyib. Müğənninin xüsusilə 5 min avroluq çantaya bu məbləği ödəməyəcəyini söyləməsi böyük maraq doğurub.

Lüks çanta brendlərinin qiymətləri ilə bağlı açıqlaması gündəmə gələn Seda Sayan, “Saxta çanta istifadə edirəm! Orijinalı 5 min avrodursa, pul vermərəm. Dəliyəm məgər? Pulu asan qazanmıram” sözləri ilə diqqət çəkib. Məşhur sənətçinin lüks istehlaka münasibəti qısa müddətdə çoxsaylı insanların diqqətini cəlb edib.

Səhnə tərzi və şəxsi həyatı ilə tez-tez maqazin gündəminə gələn Seda Sayan bu dəfə çanta seçimi ilə diqqət çəkib. Verilişində lüks çantaların qiymətlərindən danışan sənətçi bahalı məhsullara böyük məbləğlər ödəməyi üstün tutmadığını bildirib.

Sayan istifadə etdiyi çantaların orijinal olub-olmaması məsələsində də olduqca açıq danışıb. Məşhur sənətçi qiyməti yüksək olan brend çantalar əvəzinə daha münasib variantlara üstünlük verdiyini söyləyib.

Seda Sayan orijinal çantaların qiymətlərinin onun üçün olduqca yüksək olduğunu bildirərək deyib:

“Saxta çanta istifadə edirəm! Orijinalı 5 min avrodursa, pul vermərəm. Dəliyəm məgər? Pulu asan qazanmıram”.

Sayanın bu sözləri məşhurların lüks brendlərə münasibəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə bəzi istifadəçilər onun səmimi açıqlamasını dəstəkləyib, bəziləri isə saxta məhsul istifadəsinə diqqət çəkib.

Seda Sayan yalnız çanta açıqlaması ilə deyil, gündəlik həyatındakı geyim tərzi ilə də zaman-zaman diqqət çəkir. Məşhur sənətçi daha əvvəl sosial şəbəkə hesabında xallı pijama dəsti ilə çəkilmiş fotosunu paylaşmış, təbii və rahat görünüşü ilə izləyicilərinin marağına səbəb olmuşdu.

Səhnədə dəbdəbəli geyimləri ilə görünən Sayanın gündəlik həyatında daha rahat geyimlərə üstünlük verməsi də izləyicilərinin diqqətindən yayınmayıb.

Baxımına və fiziki formasına verdiyi önəmlə də tez-tez gündəmə gələn Seda Sayan daha əvvəl görünüşü ilə bağlı açıqlama vermişdi. Sayan həyat tərzində müəyyən qaydalara əməl etdiyini bildirərək demişdi: “Prinsiplərimdən kənara çıxmamağa çalışıram. Fiziki baxımdan da çubuq kimiyəm”.

Məşhur sənətçinin son çanta açıqlaması isə onun lüks brendlərə münasibətini ortaya qoyub. “Pulu asan qazanmıram” sözlərini xüsusi vurğulayan Sayanın açıqlaması sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.

Jalə Demokrat.az

D
demokrat.az