Xarici siyasət

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Azərbaycanın Qazaxıstana təyin edilmiş yeni fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanla yanaşı, daha səkkiz ölkənin səfiri etimadnamələrini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.

Mərasim Astanadakı Müstəqillik Sarayında baş tutub.

Demokrat.az

D
demokrat.az