Şou-biznes Özəl

"Taşacak bu deniz"in ulduzlarının eşq etirafları — FOTO

Taşacak bu denizin ulduzlarının eşq etirafları — FOTO

“Taşacak Bu Deniz” serialının aktyorları Zeynəb Atılgan və Ali Öner münasibətləri ilə yenidən gündəmə gəlib.

Bir müddətdir sevgili olan cütlük sosial media paylaşımları ilə sevgilərini nümayiş etdirməkdə davam edir. Zeynəb Atılgan bu dəfə sevgilisi Ali Önerin doğum günü münasibətilə romantik paylaşım edib.

Aktrisa birlikdə çəkdirdikləri fotolardan hazırladığı kolajı Instagram-da paylaşaraq“Yaxşı ki, doğulmusan, sevgilim. Səni çox sevirəm”sözlərini yazıb.

Ali Öner də sevgilisinin paylaşımına cavab verib. O,“Yaxşı ki, sən varsan, sevgilim. Səni çox sevirəm”sözləri ilə Atılgana sevgisini ifadə edib.

Cütlüyün qarşılıqlı sevgi mesajları sosial mediada diqqət çəkib.

Münasibətləri necə başlamışdı?

Zeynəb Atılgan və Ali Önerin dostluğunun zamanla sevgiyə çevrildiyi bildirilir. Cütlük ilk dəfə iyun ayında birlikdə tətil zamanı görüntülənib. Bundan sonra sosial media paylaşımları ilə münasibətlərini təsdiqləyiblər.

Ali Öner 2025-ci ilin avqustunda Livanur Aydın ilə nişanlanmışdı. Lakin bu münasibət qısa müddət sonra sona çatmışdı. Ayrılığın ardından Önerlə Zeynəb Atılganın sevgili olduğu barədə iddialar ortaya çıxmışdı.

Ali Öner daha sonra münasibəti təsdiqləyərək Zeynəb Atılganla sevgilərinin əvvəlki münasibətinin bitməsindən sonra başladığını açıqlamışdı.

Taşacak bu denizin ulduzlarının eşq etirafları — FOTO

Leyla Demokrat.az

D
demokrat.az