Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından sevilən “Uzaqlıq” mahnısını fərqli ifa tərzi ilə təqdim edib.
Musiqisi Eldar Mansurov, sözləriVahid Əzizə məxsus olan mahnıya Röya klip də çəkdirib.Yay ab-havalı, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi 3 fərqli obrazda görünüb.
Klipin rejissoru Delee Orucludur.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova mahnını 1989-cu ildə oxuyub. (axşam.az)
Demokrat.az


