Şou-biznes Özəl

Biran Damla Yılmaz ilk dəfə Almaniyadakı saxta sənəd iddialarından danışdı

Biran Damla Yılmaz ilk dəfə Almaniyadakı saxta sənəd iddialarından danışdı

“Halef: Köklerin Çağrısı” serialında “Yıldız” obrazını canlandıran Biran Damla Yılmaz keçmiş nişanlısı Abdurrahman Aydın tərəfindən irəli sürülən ittihamlarla yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, Aydın daha əvvəl aktrisanın Almaniyada 144 min avro dəyərində estetik əməliyyat etdirdiyini, borcunu ödəmədiyini və bu səbəbdən barəsində axtarış qərarı çıxarıldığını iddia etmişdi. İddialar mediada geniş müzakirələrə səbəb olmuşdu.

Biran Damla Yılmaz isə həmin vaxt Almaniyaya estetik əməliyyat üçün deyil, müalicə məqsədilə getdiyini açıqlamışdı. Aktrisa uzun illərdir sağlamlıq problemləri yaşadığını və böyrəküstü vəz çatışmazlığı səbəbilə müalicə aldığını bildirmişdi.

Yılmaz daha sonra Almaniyada xəstəxanada uzun müddət müalicə olunduğunu, bəzi günlər hətta yeriyə bilmədiyini deyib. Onun sözlərinə görə, sonradan keçirdiyi əməliyyat estetik məqsəd daşımayıb. Aktrisa uşaqlı olmaq imkanını qorumaq məqsədilə uşaqlıq nahiyəsindən əməliyyat olunduğunu vurğulayıb.

Məşhur aktrisa keçmiş nişanlısının irəli sürdüyü ittihamların onu məyus etdiyini bildirərək münasibətləri bitdikdən sonra uzun müddət bu barədə danışmadığını deyib.

Yılmaz son olaraq İstanbulun Arnavutköy rayonunda həmkarı Mert Doğanla birlikdə görüntülənib. Jurnalistlərin keçmiş nişanlısının Almaniyadakı saxta sənədlərlə bağlı iddiaları barədə suallarını cavablandıran aktrisa isə “Bu mövzu haqqında danışmaq istəmirəm” deməklə kifayətlənib.

Aktrisanın sözlərinə görə, hazırda əsas diqqəti yeni layihəsinə yönəlib. O, serialın çəkilişləri üçün Urfaya yola düşəcəyini bildirib.

Jalə Demokrat.az

D
demokrat.az