Kemal Sunalla birlikdə rol aldığı“Gol Kralı”filmi ilə məşhurlaşan aktrisa Suna Yıldızoğlunun illər sonra çəkilən görüntüləri sosial mediada diqqət çəkib.
1980-ci ildə ekranlara çıxan və rejissoru Kartal Tibet olan filmdə Sevim obrazını canlandıran Yıldızoğlu uzun illər keçməsinə baxmayaraq görünüşü ilə izləyicilərini təəccübləndirib.
Hazırda 71 yaşında olan aktrisa sosial mediada aktivliyini davam etdirir. Onun paylaşımları izləyiciləri tərəfindən böyük maraqla qarşılanır.
Yıldızoğlunun son görüntülərini görən sosial media istifadəçiləri onun görünüşünü yüksək qiymətləndiriblər. Paylaşımın şərh bölməsində“İllərə meydan oxuyur”, “Hələ də gözəldir”, “İllər sizdən heç nə aparmayıb”, “Kim deyər 71 yaşında!”kimi rəylər yazılıb.
Aktrisanın son görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub.





Leyla Demokrat.az


