Sosial

Metro "Qarabağ"ın oyununa görə iş rejimini dəyişir

Metro Qarabağın oyununa görə iş rejimini dəyişir

"Qarabağ" Futbol Klubunun bu axşam UEFA Konfrans Liqası çərçivəsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə"Bakı Metropoliteni" QSC-dənbildirilib.

Belə ki, axşam saatlarında "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bildirilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".

Demokrat.az

D
demokrat.az