Bakının Xətai rayonunda 42 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. 1984-cü il təvəllüdlü Camal həyat yoldaşı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Onların arasında mübahisənin yaranmasına səbəb isə yemək üstündə baş verib. Həmin vaxt Camal arvadının yeməyi gec qızdırmasını bəhanə edib və onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Camal ona verilən ittiham üzrə özünü təqsirli sayıb. Məhkəmə ifadələrindən məlum olub ki, onlar arasında barışıq olub. Qadın məhkəməyə ərizə ilə müraciət edib və ərinə qarşı şikayətini geri götürdüyünü açıqlayıb. O, ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.


