Avto Özəl

Salon radiatorunu paneli sökmədən yoxlamağın asan yolu

Salon radiatorunu paneli sökmədən yoxlamağın asan yolu

Avtomobilin salon qızdırıcısının sıradan çıxması soyuq havalarda böyük narahatlıq yaradır. Radiatoru paneli sökmədən yoxlamaq tamamilə mümkündür.

Mühərriki işlədib işçi temperaturuna çatdırmaq lazımdır. Sonra salon qızdırıcısını maksimum rejimdə yandırın. Kapotun altından peçə gedən iki şlanqa toxunun. Hər iki şlanq eyni dərəcədə isti olmalıdır.

Şlanqın biri soyuqdursa, radiator tutulub.

Sızmanı müəyyən etmək üçün salona diqqət yetirin. Ön ayaqaltı xalçaların altına əl vurun. Nəmlik və antifriz qoxusu varsa, radiator axıdır. Şüşələrdə yağlı buğ əmələ gəlməsi də sızma göstəricisidir.

Genişlənmə çənində antifriz səviyyəsi səbəbsiz azalırsa, sistemdə sızma var.

Beləliklə, sadə baxışla radiatorun vəziyyətini paneli sökmədən təyin edə bilərsiniz.

Demokrat.az

D
demokrat.az