Sürtgəc demək olar ki, hər mətbəxdə var, lakin insanların çoxu onun imkanlarından tam istifadə etmir. Bu alətin köməyi ilə düşündüyünüzdən daha çox məhsulu xırdalamaq mümkündür.
Demokrat.az xəıbər verir ki, sürtgəcdən istifadə etməyin xüsusi üsulu isə əllərin yorulmasının qarşısını almağa kömək edir.
Sürtgəcin hər tərəfi nə üçün istifadə olunur
Bir çox insan yalnız ən böyük dəlikləri olan tərəfdən istifadə edir. Lakin "Southern Living" nəşrinin ekspertləri bildirirlər ki, bu alətin hər bir tərəfi mətbəxdə olduqca faydalıdır.
Ən böyük tərəf sürtgəcin ən çox istifadə olunan hissəsidir. Burada tərəvəz, pendir, dondurulmuş kərə yağı, meyvə, şokolad və bir çox başqa məhsulu iri şəkildə rəndələmək mümkündür.
Sürtgəcin orta ölçülü tərəfi isə məhsulları nə çox iri, nə də çox xırda doğramaq lazım gəldikdə idealdır. Mütəxəssislər keks, piroq və müxtəlif soba yeməkləri üçün meyvə və tərəvəzləri məhz bu hissədə xırdalamağı məsləhət görürlər. Bu üsulla rəndələnmiş məhsullar xəmirə daha yaxşı qarışır.
Sürtgəcin üfüqi, enli yarıqları olan üçüncü tərəfi isə dilimləyici kimi istifadə olunur. Onun köməyi ilə qabaq, xiyar, kartof, kök və digər tərəvəzləri eyni ölçüdə nazik dilimlərə doğramaq mümkündür. Həmçinin bu hissədən kələm doğramaq üçün də istifadə etmək olar.
İti dişcikləri olan tərəf isə rəndənin ən çox qiymətləndirilməyən hissəsidir. Bir çox insan bu hissənin nə üçün nəzərdə tutulduğunu bilmir və ondan heç vaxt istifadə etmir. Əslində burada bərk pendir, limon və portağal qabığı, müxtəlif ədviyyatlar, sarımsaq, zəncəfil və suxarini xırdalamaq mümkündür. Bu dişciklər məhsulları adi şəkildə doğramır, onları daha çox püre və ya çox xırda qırıntı halına gətirir.
Sürtgəcin dördüncü tərəfi mətbəxdən kənar məqsədlər üçün də faydalı ola bilər. Bu iti çıxıntıların köməyi ilə məişət sabununu və evdə hazırlanan əl işləri üçün parafini toz halına salmaq mümkündür.
Əllərin yorulmaması üçün sürtgəcindən necə istifadə etməli?
Əl sürtgəxində məhsul xırdalamaq, xüsusilə də draniki hazırlamaq üçün bir neçə kiloqram kartofu əl ilə rəndələmək lazım gəldikdə, əllər üçün ciddi yük yaradır. Mütəxəssislər prosesi asanlaşdırmaq üçün sürtgəcdən istifadə etməyin sadə üsulunu tövsiyə edirlər.
Bunun üçün aləti yan tərəfi üstə çevirin və məhsulu rəndələyərkən öz bədəninizin ağırlığından istifadə edin. Bu zaman hər hansı tərəfdə məhsulu daha az güc sərf etməklə xırdalamaq mümkün olur.
Bu üsulun daha bir üstünlüyü var: rəndələnmiş məhsullar alətin içərisində qalır. Beləliklə, onları asanlıqla lazım olan qaba tökmək mümkündür və məhsulların masanın üzərinə səpələnməsinin qarşısı alınır.
Jalə Demokrat.az


