Şou-biznes Özəl

7 illik imicini dəyişdi, 16 milyona klip çəkdirdi — FOTOLAR

7 illik imicini dəyişdi, 16 milyona klip çəkdirdi — FOTOLAR

Yeni mahnısı “İtaat Yok” ilə musiqisevərlərin qarşısına çıxan Gülşen illərdir istifadə etdiyi sarı saçlarına vida edərək imicini tamamilə dəyişib.

Demokrat.az xəbər verir ki, məşhur müğənninin yeni klipi üçün 161 nəfərlik komanda çalışıb və ekran işinin istehsal xərci 16 milyon lirəyə çatıb. "Spotify"da 2 milyard dinlənmə həddinə çatan Gülşen yeni dövrünə milyonlarla lirəlik kliplə başlayıb.

Səhnə çıxışları və cəsarətli tərzi ilə tez-tez gündəmə gələn Gülşen bu dəfə yeni imici və 16 milyon lirəyə başa gələn klipi ilə diqqət çəkib.

Mahnıları və rəqs performansları ilə adından söz etdirən Gülşen yeni mahnısı üçün imicini dəyişib. Saçlarını qara rəngə boyadan müğənni yeni görünüşü üçün də böyük məbləğ xərcləyib. Məşhur sənətçinin klipinə sərf etdiyi məbləğ heyrətləndirib.

Yeni mahnısı “İtaat Yok” ilə dinləyicilərinin qarşısına çıxan Gülşen musiqisindən çox yenilənmiş imici ilə müzakirə olunub. Təxminən yeddi ildir istifadə etdiyi sarı saçlarından imtina edən müğənni tünd qəhvəyi saçları ilə Latın pop ulduzlarına bənzədilib.

Gülşen mahnının klipi üçün böyük büdcə ayırıb. Deniz Birginin rejissorluğu, Mahizer Aytaşın kreativ direktorluğu ilə çəkilən klipdə ümumilikdə 161 nəfər çalışıb. Ekran işinin istehsal xərci 16 milyon lirə təşkil edib.

"Silivri Klasis Otel"də bir gün ərzində çəkilən klipdə Gülşeni "Dolce & Gabbana" modelı Levi Braun müşayiət edib.

Digər tərəfdən, Gülşen "Spotify"da 2 milyard dinlənmə sayına çatıb. Üstəlik, son iki il ərzində heç bir yeni mahnı yayımlamadan 1 milyard dinlənmə əldə edib.

Gülşen Türkiyədə Sezen Aksu ilə birlikdə "Spotify"da 2 milyard dinlənmə həddini keçən ilk qadın sənətçi olub.

7 illik imicini dəyişdi, 16 milyona klip çəkdirdi — FOTOLAR

7 illik imicini dəyişdi, 16 milyona klip çəkdirdi — FOTOLAR

7 illik imicini dəyişdi, 16 milyona klip çəkdirdi — FOTOLAR

7 illik imicini dəyişdi, 16 milyona klip çəkdirdi — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az