Beynəlxalq Kitabsevərlər Günü münasibətilə Azərbaycan Dəmir Yolları (ADY) sərnişinləri üçün xüsusi aksiya təşkil edib.
Demokrat.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, "Parlaq İmzalar" nəşriyyatı ilə birgə Bakı Dəmiryol Vağzalında keçirilən tədbir çərçivəsində sərnişinlərə ədəbiyyatla bağlı maraqlı suallar ünvanlanıb. Sualları düzgün cavablandıran iştirakçılar müxtəlif kitablarla mükafatlandırılıblar.
Qeyd olunub ki, aksiya səfər öncəsi sərnişinlərə xoş anlar yaşatmaq, mütaliəyə marağı artırmaq və kitab sevgisini təşviq etmək məqsədi daşıyıb.
ADY bütün kitabsevərləri Beynəlxalq Kitabsevərlər Günü münasibətilə təbrik edərək, hər səfərin yeni bir kitabla, hər kitabın isə unudulmaz bir səyahətlə başlamasını arzulayıb.












