Şou-biznes Özəl

Məşhur aktrisa 9-cu dəfə əməliyyat olunacaq — Səhhəti pisləşdi (FOTOLAR)

Məşhur aktrisa 9-cu dəfə əməliyyat olunacaq — Səhhəti pisləşdi (FOTOLAR)

Türkiyəli aktrisa Aslı Bekiroğlu səhhəti ilə bağlı yeni açıqlama verib.

Demokrat.az xəbər verir ki, aktrisa uşaqlığındakı miomaların götürülməsi üçün keçirdiyi əməliyyatdan sonra ciddi fəsadlarla üzləşib. Onun sözlərinə görə, əməliyyat zamanı bağırsağı zədələnib.

Bekiroğlu bu günədək 8 dəfə əməliyyat olunub. Aktrisa sosial şəbəkədə paylaşım edərək yaxın günlərdə 9-cu dəfə əməliyyat olunacağını bildirib.

Sənətçi yaşadığı prosesin psixoloji vəziyyətinə də təsir etdiyini və hazırda çətin dövr keçirdiyini deyib.

Qeyd edək ki, 30 yaşlı Aslı Bekiroğlu “Beni Böyle Sev”, “Gülümse Yeter” və “Jet Sosyete” kimi seriallardakı rolları ilə tanınır.

Məşhur aktrisa 9-cu dəfə əməliyyat olunacaq — Səhhəti pisləşdi (FOTOLAR)

Məşhur aktrisa 9-cu dəfə əməliyyat olunacaq — Səhhəti pisləşdi (FOTOLAR)

Məşhur aktrisa 9-cu dəfə əməliyyat olunacaq — Səhhəti pisləşdi (FOTOLAR)

Jalə Demokrat.az

D
demokrat.az