“Kızılcık Şerbeti” serialında Çimen obrazı ilə tanınan gənc aktrisa Selin Türkmenin yeni layihəsi məlum olub.
Mövsüm finalında “Kızılcık Şerbeti” serialına vida edən aktrisa bu dəfə rəqəmsal platformada tamaşaçı qarşısına çıxacaq. Məlumata görə, Selin Türkmen Exxen platformasında yayımlanan “Karma” serialının yeni mövsüm heyətinə daxil olub.
Aktrisa yeni layihədə Ozan obrazının tərəf müqabili olan Cansu personajını canlandıracaq.
Selin Türkmenin serialdakı rolu üçün xüsusi hazırlıq keçdiyi də bildirilib. Gənc aktrisa layihədə dirək rəqqasəsini canlandıracağı üçün uzun müddət pole dance təlimləri alıb.
Rejissor kürsüsündə Ömer Baykulun yer aldığı “Karma” serialının yeni mövsümünün sentyabr ayında yayımlanması planlaşdırılır.

Leyla Demokrat.az


