Maraqlı Özəl

"Qara dul" şəbəkəsi ortaya çıxdı — Əsgər getməzdən əvvəl kişilərlə evlənib...

Qara dul şəbəkəsi ortaya çıxdı — Əsgər getməzdən əvvəl kişilərlə evlənib...

Rusiyada Ukrayna müharibəsində həlak olan hərbçilərin ailələrinə ödənilən kompensasiyalar ətrafında yeni qalmaqal gündəmə gəlib. Əsgər ailələri bəzi qadınların hərbçilərlə qısa müddət əvvəl evlənərək onların ölümündən sonra milyonlarla rubl məbləğində kompensasiyanı mənimsədiyini iddia edir.

Demokrat.az xəbər verir ki, Rusiya mediası və bəzi rəsmilər bu qadınları “qara dul”lar adlandırır.

Məlumata görə, Rusiya qanunvericiliyinə əsasən döyüş zamanı həlak olan hərbçinin ən yaxın qohumuna 5 milyon rubl (təxminən 2,9 milyon türk lirəsi) məbləğində kompensasiya ödənilir. Bu vəsait hərbçilərin ailələrinin sosial təminatı üçün nəzərdə tutulsa da, son dövrlər bu sistemdən sui-istifadə halları ilə bağlı narahatlıqlar artır.

Rusiya mətbuatında “qara dul”larla bağlı xəbərlərin sayı da artmaqdadır. Belə ki, ötən il hərbi hospitalda çalışan bir tibb bacısının müalicə etdiyi ağır yaralı beş hərbçi ilə evləndiyi, onların ölümündən sonra isə kompensasiya ödənişlərini mənimsəməkdə ittiham olunduğu bildirilib.

Demokrat.az

D
demokrat.az