Şou-biznes

"Yeraltı"nın ulduzları sevgilidir — 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Yeraltının ulduzları sevgilidir — 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı" serialının 17 yaşlı aktrisası Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi övladının meneceri və serialdakı tərəf müqabili Hakan Çelebidən hüquq-mühafizə orqanlarına şikayət edib.

Valideyn İstanbul Anadolu Respublika Prokurorluğuna müraciət edərək, yetkinlik yaşına çatmayan qızının icazəsiz müxtəlif layihələrə cəlb olunduğunu bildirib. O, həmçinin övladının serialdakı partnyoru Hakan Çələbi ilə sevgili münasibətində olduğunu iddia edib.

Kino və serial sektorunda çalışan ata ifadəsində qızının mesajlarını oxuduqdan sonra bu münasibətdən xəbər tutduğunu və narahatlıq keçirdiyini qeyd edib. Ünal Çiftçi azyaşlının müqavilələrinə valideyn kimi imza atmadığını vurğulayıb. Bu səbəbdən o, menecerlik şirkətinin rəhbəri Gözdə Yılmazı və aktyor Hakan Çələbini məsuliyyətə cəlb etməyi tələb edib.

Məsələ ilə bağlı menecerlik şirkəti də rəsmi bəyanat yayıb. Qurum azyaşlının ailədaxili məsələlərinin gündəmə gətirilməsini doğru hesab etmədiyini vurğulayıb. Şirkət rəhbərliyi aktrisanın bütün fəaliyyətlərinin qanuni nümayəndənin razılığı ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Yeraltının ulduzları sevgilidir — 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

D
demokrat.az