Türkiyənin məşhur aktyorlarından biri olan Kıvanç Tatlıtuğun yeni layihəsi ilə bağlı iddia gündəmə gəlib.
Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Aşk-ı Memnu” serialında canlandırdığı Behlül obrazı ilə geniş auditoriyanın sevgisini qazanan, həmçinin “Gümüş”, “Kurt Seyit ve Şura” və “Kuzey Güney” kimi uğurlu layihələrdə rol alan aktyorun bu dəfə fərqli formatda ekranlara qayıdacağı bildirilir.
İddiaya görə, Kıvanç Tatlıtuğ bir rəqəmsal platforma üçün səyahət və qastronomiya mövzusunda proqram hazırlayır. Layihənin aktyorun peşəkar aşpazlıq təhsili və mətbəxə olan marağı ilə əlaqəli olduğu qeyd edilir.
Jurnalist Mehmet Üstündağ “Gel Konuşalım” proqramında verdiyi açıqlamada layihənin çəkilişlərinə sentyabr ayında başlanmasının planlaşdırıldığını bildirib.
Yeni proqramla bağlı detallı məlumatlar hələ açıqlanmayıb. Kıvanç Tatlıtuğ da sözügedən layihə barədə rəsmi açıqlama verməyib.


Leyla Demokrat.az


