Kriminal

Bakıda futbol meydançasında meyit tapıldı

Bakıda futbol meydançasında meyit tapıldı

Bakının Nizami rayonunda meydançada meyit tapılıb.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti 81-də yerləşən futbol meydançasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.

Meyit üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az