Astrologiyaya görə, qarşıdakı altı ay dörd bürc üçün həyatın müxtəlif sahələrində ciddi dəyişikliklərlə yadda qala bilər.
Demokrar.az xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, bu dövr yeni mərhələnin başlanğıcı hesab olunur və baş verəcək dəyişikliklər geri dönüşü olmayan proseslərə çevrilə bilər.
Astroloqlar bu dəyişiklikləri Ay düyünlərinin yeni bürclərə keçməsi ilə əlaqələndirirlər. Bildirilir ki, onlar 2028-ci ilin mart ayınadək həmin mövqedə qalacaq. Bu müddət ərzində karyera, münasibətlər, şəxsi sərhədlər və həyat prioritetləri ilə bağlı mühüm yeniliklər baş verə bilər. Astroloq Eleanor hesab edir ki, bəzi insanların və ya həyat mərhələlərinin geridə qalmasından çəkinməyə ehtiyac yoxdur, çünki bu, yeni imkanlara yer açır.
Dolça
Dolçalar üçün qarşıdakı aylar şəxsi yenilənmə dövrü olacaq. Şimal düyününün bu bürcdə yerləşməsi insanın özünə baxışını, xarici görünüşünü, şəxsi sərhədlərini və ətrafdakılardan gözləntilərini dəyişə bilər.
Dəyişikliklər yeni saç düzümü və ya geyim tərzi kimi zahiri yeniliklərlə də özünü göstərə bilər. Bununla yanaşı, Dolçalar öz istəklərini daha yaxşı anlayacaq və onları yoran münasibətlərdən uzaqlaşmağa başlayacaqlar.
Şir
Şirlər üçün əsas dəyişikliklər münasibətlər sahəsində baş verəcək. Cənub düyünü onların həyatına yeni və əhəmiyyətli insanların daxil olmasına, mövcud münasibətlərin möhkəmlənməsinə və ya artıq fayda verməyən əlaqələrin başa çatmasına səbəb ola bilər.
Astroloqlar fərqli həyat tərzinə və baxışlara malik insanlarla qurulan münasibətlərdən çəkinməməyi tövsiyə edirlər. Eyni zamanda, zərərli münasibətlər geridə qala bilər və Şirlər həqiqətən onları dəstəkləyən insanları daha yaxşı tanıyacaqlar.
Buğa
Buğalar üçün əsas dəyişiklik peşə fəaliyyəti ilə bağlı olacaq. Növbəti 18 ay ərzində onların karyera yolu tamamilə dəyişə bilər. Yeni vəzifə, fəaliyyət sahəsinin dəyişdirilməsi və ya şəxsi biznesin qurulması kimi imkanlar yarana bilər.
Astroloqlar hesab edirlər ki, seçilən yol insanın indiki inkişaf mərhələsinə uyğun olmalıdır. Bu prosesdə yaxın çevrənin dəstəyi hər zaman mümkün olmasa da, Buğalar öz maraqlarını qorumağı öyrənəcəklər.
Əqrəb
Əqrəbləri ailə və şəxsi həyatla bağlı dəyişikliklər gözləyir. Qarşıdakı aylarda yaşayış yeri, ev şəraiti və ya ailə üzvləri ilə münasibətlərdə mühüm yeniliklər baş verə bilər.
Köçmək, təmir işləri və ya ailə ilə bağlı vacib qərarlar gündəmə gələ bilər. Astroloq Eleanorun fikrincə, bu dövr Əqrəblərə şəxsi sərhədlər qoymağı və daim başqalarının maraqlarını özlərindən üstün tutmamağı öyrədəcək. Həmçinin iş və şəxsi həyat arasında balansın qorunmasının vacibliyi bir daha ön plana çıxacaq.
Jalə Demokrat.az


