İsti havalarda sərinləmək istəyənlər üçün ev şəraitində hazırlana bilən praktik soyuq qəhvə resepti təqdim olunur.
Demokrat.az xəbər verir ki, cəmi bir neçə ərzaqla hazırlanan bu içki həm vaxtınıza qənaət edir, həm də kafelərdə satılan soyuq qəhvələrə dadlı alternativ ola bilər.
Hazırlanma vaxtı: 5 dəqiqə Porsiya: 1-2 nəfərlik Bişirmə tələb olunmur
Lazım olan ərzaqlar:
* 4 desert qaşığı qranul qəhvə * 2 desert qaşığı şəkər tozu * 3 stəkan soyuq süd * Buz kubları
Hazırlanması:
Əvvəlcə qranul qəhvə, şəkər tozu və soyuq süd qapaqlı şüşə bankaya tökülür.
Bankanın qapağı möhkəm bağlanır və qarışıq təxminən 5 dəqiqə ərzində yaxşıca çalxalanır. Qəhvə və şəkər tam həll olduqdan, qarışıq isə köpüklü konsistensiya aldıqdan sonra içki hazır sayılır.
Servis ediləcək stəkanlara əvvəlcə buz kubları əlavə olunur, daha sonra hazırlanan qəhvə qarışığı stəkanlara süzülür.
İstəyə görə üzərini çırpılmış qaymaq, rəndələnmiş şokolad, kakao və ya karamel sousu ilə bəzəyərək təqdim etmək mümkündür.


