Avto Özəl

BMW minlərlə əməkdaşını işdən çıxardır

BMW minlərlə əməkdaşını işdən çıxardır

Alman avtomobil nəhəngi BMW ixtisarlara hazırlaşır. Şirkət zəifləyən Çin bazarı və artan xərclər fonunda genişmiqyaslı qənaət proqramına start verib.

Bu addım çərçivəsində əksəriyyəti Almaniyada olmaqla təxminən 8 min nəfərin işdən çıxarılması nəzərdə tutulur.

BMW rəhbərliyi ilə həmkarlar ittifaqı arasında həftələrdir davam edən danışıqlar razılıqla yekunlaşıb. Könüllü işdən ayrılma proqramı 2026-cı ilin oktyabrında başlayacaq. Süreç 2027-ci ilin sonuna qədər davam edəcək.

Qərar birbaşa istehsalatda çalışmayan 40 minə yaxın əməkdaşı əhatə edir. Layihə əsasən idarəetmə, tədqiqat və inkşaf, planlaşdırma, həmçinin inzibati şöbələrdə çalışan personala şamil olunacaq. İşdən çıxanlara veriləcək təzminatın məbləği maaş və staja əsasən hesablanacaq.

Demokrat.az

D
demokrat.az