Maraqlı Özəl

Evdə tavada ət dönəri necə hazırlanır? — Sobasız, asan və ləzzətli resept

Evdə tavada ət dönəri necə hazırlanır? — Sobasız, asan və ləzzətli resept

Evdə dönər hazırlamağın çətin olduğunu düşünürsünüzsə, bu resept fikrinizi dəyişəcək. Sobadan istifadə etmədən, sadəcə tava ilə qısa vaxtda hazırlaya biləcəyiniz bu et dönəri həm dadlı, həm də praktikdir.

Demokrat.az Türkiyə mətbuatına istinadən resepti təqdim edir.

Lazım olan ərzaqlar

* 500 qram çəkilmiş ət (qiymə) * 2 xörək qaşığı qatıq * 1 ədəd orta ölçülü soğan * 1 çay qaşığı duz * 1 çay qaşığı şirin qırmızı bibər * 1 çay qaşığı pul bibər * 1 çay qaşığı qara istiot * Bişirmək üçün bitki yağı

Hazırlanma qaydası

Əvvəlcə qiyməni dərin qaba tökün. Üzərinə qatıq, xırda rəndələnmiş soğan, duz və ədviyyatları əlavə edib yaxşıca yoğurun.

Hazır qarışığı iki ədəd bişirmə kağızının arasına qoyaraq oxlov və ya mərdanə ilə mümkün qədər nazik yayın.

Sonra bişirmə kağızını çıxarmadan əti dörd bərabər hissəyə bölün.

Tavanı az miqdarda bitki yağı ilə qızdırın. Ətin bir hissəsinin yalnız bir tərəfdəki bişirmə kağızını çıxarın və kağızsız hissəni tavaya yerləşdirin. Daha sonra üst tərəfdə qalan kağızı da ehtiyatla soyun.

Əti hər iki üzü qızılı rəng alana qədər bişirin. Qalan hissələri də eyni qaydada hazırlayın.

Sonda bişmiş əti bıçaqla nazik zolaqlar şəklində doğrayın, yenidən tavaya əlavə edib 2-3 dəqiqə birlikdə qovurun. Bu, dönərə daha zəngin dad və görünüş verəcək.

Hazır et dönərini lavaşa bükərək tərəvəz və sousla servis edə, yaxud plovun yanında təqdim edə bilərsiniz.

Jalə

D
demokrat.az