Son dövrdə çəki itirməsi ilə diqqət çəkən türk aktrisa Bergüzar Korel necə arıqladığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, ENKA Açıqhava Teatrında “Hatırladıkça” adlı konsert verən aktrisa səhnə öncəsi müsahibəsində arıqlaması ilə bağlı sualı cavablandırıb:
“Mən bunun niyə bu qədər müzakirə edildiyini heç anlamadım. Mən 25 kilo verməmişəm, dostlar. İnsanların "Aman Tanrım, 20 kilo verib" dediyi dövrdə sadəcə 7 kilo verdim. Mədəmə əməliyyat etdirmədim, zarafat etmişdim, amma yanlış zarafat etmişəm. İynə də vurdurmadım. Sadəcə müntəzəm olaraq idman etdim".
Konsertdən əvvəl həyat yoldaşı Halit Ergençlə jurnalistlərin qarşısına çıxan Bergüzar Korel bildirib: "İçəridə min nəfər var, bu mənə yuxu kimi gəlir. Xəyallarımda isə Harbiye konserti var".


