Maraqlı Özəl

Yay ayaqqabılarından tünd barmaq izlərini necə təmizləmək olar?

Yay ayaqqabılarından tünd barmaq izlərini necə təmizləmək olar?

Yay aylarında bir çox qadın gözəl sandallar, şlapanlar və açıq ayaqqabılar geyinir. Lakin belə ayaqqabıların müəyyən bir problemi olur. Zamşa və ya tekstil kimi "həssas" materiallardan hazırlandıqda, iç altlıqda barmaq və ayaq izlərindən tünd ləkələr qala bilər. Bu izləri necə aradan qaldırmaq və sevimli ayaqqabını yenidən səliqəli vəziyyətə gətirmək barədə məlumat veririk.

Demokrat.az xəbər verir ki, "The Spruce" nəşrinin müəllifləri sandallardan tər izlərini təmizləmək, daha dəqiq desək, barmaq və ayaq izləri qalan iç altlığı qaydaya salmaq üçün üsul paylaşıblar. Bu metodun effektivliyi mantar altlıqlı məşhur "Birkenstock" şlapanları üzərində yoxlanılıb. Belə ayaqqabıların sahibləri bilir ki, onları tez-tez geyindikdə altlıq çox sürətlə ayaq izlərindən yaranan tünd ləkələrlə örtülür.

"The Spruce" yazır ki, bu problemə görə sandallar istəniləndən daha tez köhnələ bilər. Lakin xoşbəxtlikdən vəziyyəti ev şəraitində düzəltmək mümkündür.

Bunun üçün lazım olanlar:

* 2 stəkan ilıq su; * 2 xörək qaşığı sirkə; * 0,5 çay qaşığı yuyucu toz və ya gel; * istənilən qab; * köhnə diş fırçası; * mikrofiber salfet; * birdəfəlik ülgüc.

Əvvəlcə qabda sirkə, su və yuyucu vasitə qarışdırılır. Daha sonra diş fırçası bu məhlula batırılır və ayaqqabının iç və xarici altlığı diqqətlə təmizlənir.

Təmizləmə prosesi başa çatdıqdan sonra mikrofiber salfet ilıq suda isladılır və sandallar silinərək köpük qalıqları təmizlənir.

Növbəti mərhələdə ülgücdən istifadə olunur. Onun köməyi ilə çirk altlıqlardan çox ehtiyatla qaşınaraq çıxarılır və ləkələrin üst qatı təmizlənir. Sonda isə dəri qayışları nəm mikrofiber parça ilə silmək və tokaları cilalamaq kifayətdir.

"The Spruce" mütəxəssisləri bu üsulun sandal altlıqlarını asan təmizləmək üçün çox uyğun olduğu qənaətinə gəliblər. Bu metoddan yalnız "Birkenstock" deyil, digər ayaqqabı növləri üçün də istifadə etmək olar. Əsas şərt altlığı kəsməmək, yalnız çirk və tər izlərini təmizləmək üçün prosesi diqqətlə həyata keçirməkdir.

Jalə Demokrat.az

D
demokrat.az