Dünya

Moskvaya kütləvi dron hücumu — VİDEO

Moskvaya kütləvi dron hücumu — VİDEO

Dünən gecə yerli vaxtla 20:30-dan bu gün səhər 06:30-a qədər Moskva vilayətinə doğru 390-dan çox PUA uçub. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

"Saat 20:30-dan 06:30-dək 390-dan çox dron Moskva bölgəsinə doğru uçurdu.

Onlardan əksəriyyəti şəhər kənarında hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib", - Sobyanin bildirib.

Rusiya teleqram kanallarının məlumatına görə, Çexov şəhərində yerləşən "Hidrostalkonstruksiya" zavodu və "Wildberries" anbarı vurulub.

 

Demokrat.az

D
demokrat.az