Şou-biznes Özəl

Məşhur müğənni haqqında iddialar ajiotaj yaratdı: "Dostumun qolunu dişlədi"

Məşhur müğənni haqqında iddialar ajiotaj yaratdı: Dostumun qolunu dişlədi

Türkiyəli müğənni Kalben bu dəfə musiqi fəaliyyəti ilə deyil, sosial şəbəkələrdə onun haqqında səsləndirilən iddialarla gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, müğənni ilə birgə çəkdirdiyi şəkli paylaşan pərəstişkarının paylaşımından sonra müxtəlif istifadəçilər Kalbenlə bağlı yaşadıqlarını iddia etdikləri hadisələri şərh bölməsində yazıblar.

Məlumata görə, üç fərqli istifadəçi sənətçi ilə bağlı şəxsi təcrübələri olduğunu iddia edərək müxtəlif açıqlamalar paylaşıb. Həmin şərhlər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.

Kalben "Sadəcə", "Haydi Söyle", "Yara", "Aşığım Sana" və "Ben Her Zaman Sana Aşıktım" kimi mahnıları ilə tanınan Türkiyənin rok musiqisinin məşhur simalarından biridir. O, illərdir özünəməxsus ifa tərzi və səhnə performansı ilə dinləyicilərin diqqətini cəlb edir.

Paylaşılan fotonun altında yer alan iddialardan birində istifadəçi konsertdən sonra müğənninin mühafizəçisinin onlara "Kalbeni səhnədə tanıdığınız kimi xatırlayın. Kulisdəki Kalben səhnədəkindən çox fərqlidir" dediyini iddia edib.

Başqa bir istifadəçi isə illər əvvəl konsertdən sonra kulisdə Kalbenlə şəkil çəkdirdiklərini bildirərək, azyaşlı dostunun "Kaş yaşlarımız yaxın olsaydı, yaxşı dost olardıq" sözlərinə müğənninin "Sanmıram" cavabını verdiyini iddia edib.

Ən çox diqqət çəkən şərhlərdən birində isə istifadəçi "Mənim dostumun qolunu dişləmişdi" ifadəsini işlədib. Lakin bu iddiaları təsdiqləyən hər hansı rəsmi məlumat mövcud deyil.

Hazırda Kalben və ya onun nümayəndələri sosial şəbəkələrdə yayılan bu iddialarla bağlı hər hansı açıqlama verməyiblər. Buna görə də səsləndirilən fikirlər yalnız onları irəli sürən sosial media istifadəçilərinin iddiaları kimi qiymətləndirilir.

Jalə

D
demokrat.az