Dünya Özəl

Seda Sayan və Safiye Soymanın səsi ilə toy mesajı paylaşdılar — VİDEO

Seda Sayan və Safiye Soymanın səsi ilə toy mesajı paylaşdılar — VİDEO

Türkiyənin tanınmış müğənnisi Sefo və aktrisa sevgilisi Çağla Boz sosial şəbəkədə etdikləri son paylaşımla yenidən diqqət mərkəzinə düşüblər.

Demokrat.az xəbər verir ki, son vaxtlar evlənəcəkləri ilə bağlı iddialarla gündəmə gələn cütlük bu dəfə yumoristik "toy" videosu paylaşıb.

Sefo və Çağla Boz videoda Türkiyə estradasının tanınmış simaları Seda Sayan və Safiye Soymanın sosial şəbəkələrdə məşhurlaşan səs yazılarından (dublyajlardan) istifadə ediblər. Evlilik və toy mövzusuna yumorla yanaşılan video qısa müddətdə geniş maraq doğurub və sosial şəbəkələrdə sürətlə yayılıb.

Paylaşım izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub. Pərəstişkarlarının bir qismi bunun sadəcə zarafat olduğunu düşünsə də, digərləri videonu cütlüyün evliliyə hazırlaşdığına işarə kimi qiymətləndiriblər. Paylaşımın altına minlərlə şərh və təbrik mesajı yazılıb.

Sefo və Çağla Boz hələlik evlilik və ya toy tarixi ilə bağlı rəsmi açıqlama verməyiblər. Buna baxmayaraq, onların son paylaşımı Türkiyə şou-biznesində son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Jalə Demokrat.az

D
demokrat.az