Astrologiya və numerologiyaya görə, doğum ayı insanın xarakteri və yaxın münasibətlər qurmaq bacarığı ilə bağlı müxtəlif yozumlarla əlaqələndirilir.
Demokrat.az "Parade" jurnalının dərc etdiyi materialda may, iyul, avqust və noyabr aylarında doğulan insanların daha sadiq dost olduqları iddia edilir.
May
Astroloji yanaşmalara görə, may ayında doğulan insanlar etibarlı, sözünün üstündə duran və sabit xarakterli olurlar. Onların çoxsaylı tanışlıqlardan daha çox səmimi və uzunmüddətli münasibətlərə üstünlük verdikləri bildirilir. Çətin anlarda yaxınlarına dəstək göstərməyə çalışdıqları və buna görə etibarlı dost kimi qiymətləndirildikləri iddia olunur.
İyul
İyul ayında doğulanların güclü intuisiya və yüksək emosional həssaslığa malik olduqları qeyd edilir. Bu yanaşmaya görə, onlar yaxınlarının hisslərini yaxşı anlayır, həm sevincli, həm də çətin günlərdə onların yanında olurlar. Doğru anda dəstək göstərmək və münasib sözlər tapmaq bacarıqları ilə seçildikləri bildirilir.
Avqust
Astroloji yozumlarda avqust ayında doğulan insanlar güclü xarakteri, özünəinamı və liderlik xüsusiyyətləri ilə xarakterizə olunur. Onların yaxınlarını təkcə mənəvi baxımdan dəstəkləmədikləri, zərurət yarandıqda onların maraqlarını müdafiə etməyə də hazır olduqları iddia edilir. Ətrafındakı insanlara öz güclərinə inanmağa kömək etdikləri də vurğulanır.
Noyabr
Bu yanaşmaya əsasən, noyabr ayında doğulanlar hər kəslə yaxın münasibət qurmurlar. Lakin kiməsə etibar etdikdə uzunmüddətli və səmimi dostluq münasibəti qurmağa meyilli olurlar. Onların sirr saxlamaq, yaxınlarının səhvlərini səmimi şəkildə göstərmək və çətin anlarda dəstək olmaq kimi xüsusiyyətlərə malik olduqları bildirilir. Buna görə də astroloji yozumlarda etibarlı dost hesab olunduqları qeyd edilir.


