Kompakt krossoverlər seqmenti çoxsaylı modellərlə zəngindir və bu səbəbdən seçim etmək asan deyil.
Demokrat.az xəbər verir ki, "What Car?" nəşrinin mütəxəssisləri 2026-cı il üçün bu seqmentin ən uğurlu modellərini müəyyən ediblər.
Mütəxəssislər onlarla kompakt krossoveri sınaqdan keçirərək alıcıların diqqət yetirməli olduğu modellərin siyahısını hazırlayıblar və reytinqin liderinin üstünlüklərini izah ediblər.
2026-cı ilin ən yaxşı 10 kompakt krossoveri:
1. "Volkswagen T-Roc" 2. "Kia EV3" 3. "Lexus LBX" 4. "Skoda Karoq" 5. "Renault 4 E-Tech" 6. "Skoda Kamiq" 7. "Nissan Leaf" 8. "Volkswagen T-Cross" 9. "Ford Puma" 10. "Dacia Duster"
Ekspertlər "Volkswagen T-Roc" modelini 2026-cı ilin ən yaxşı kompakt krossoveri seçiblər. Onların sözlərinə görə, ikinci nəsil model sələfini bir çox göstəricilər üzrə geridə qoyur.
Mütəxəssislər avtomobilin rahat asqı sistemini, yüksək səs izolyasiyasını və sinfi üzrə kifayət qədər geniş baqaj bölməsini onun əsas üstünlükləri kimi qiymətləndiriblər.


