Kriminal Özəl

Qardaş qardaşı küçənin ortasında döydü: iş məhkəmədə bitdi

Qardaş qardaşı küçənin ortasında döydü: iş məhkəmədə bitdi

Bakıda iki qardaş arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.

Şamaxı rayon sakini, 1974-cü il təvəllüdlü Vüsal qəsəbə ərazisində olan Mədəniyyəti Evinin arxasında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əl zərbələri ilə qardaşı Ülvinin sifət və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qardaşı ilə barışdığını, qardaşının ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Vüsalın zərərçəkmiş ilə barışması nəzərə alınıb, bu səbəbdən də onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az