Şou-biznes Özəl

"Həyat yoldaşım nə deyirsə, elə də olacaq"

Həyat yoldaşım nə deyirsə, elə də olacaq

Məşhur türkiyəli müğənni və aparıcı Seda Sayan ailə həyatı ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, Seda Sayanın evliliklə bağlı qoyduğu qaydalara həyat yoldaşı Çağlar Öktən də açıq şəkildə dəstək verib. Onun tədbirdə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Seda Sayan daha əvvəl həyat yoldaşının təkbaşına tətilə getməsinə razı olmadığını açıqlayaraq belə demişdi:

"Həyat yoldaşım mənsiz niyə tətilə getsin? Onun tək tətilə getməsinə icazə vermərəm. Belə məsələlər ən çox elə tətildə baş verir. Mən Çağlarsız, Çağlar da mənsiz heç vaxt tətilə gedə bilməz."

Məşhur sənətçi bu dəfə isə ailə ilə bağlı daha bir qaydasını açıqlayıb.

"Əgər evlisənsə, həyat yoldaşının subay dostu evinizə gəlməməlidir. Gələcəksə, həyat yoldaşı ilə birlikdə gəlsin."

Ötən axşam həyat yoldaşı ilə birlikdə qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandıran Çağlar Öktən Seda Sayanın bu fikirlərini dəstəklədiyini bildirib.

"Həyat yoldaşım nə deyirsə, elə də olacaq. Dedikləri ilə razıyam." – deyə Öktən bildirib.

Seda Sayan isə həyat yoldaşının bu sözlərinə münasibət bildirərək, ailə ilə bağlı fikirlərinin şəxsi həyat təcrübəsinə əsaslandığını vurğulayıb.

"Bu məsələlərə həyat təcrübəmə əsaslanaraq yanaşıram", – deyə sənətçi qeyd edib.

Jalə

D
demokrat.az