Şou-biznes

"Yanında birinci mən olmuşam" — Nadir Qafarzadə (VİDEO)

Yanında birinci mən olmuşam — Nadir Qafarzadə (VİDEO)

Müğənni Nadir Qafarzadə Əməkdar artist Ruhəngiz Allahverdiyevanın onun sənətə gəlməsindəki rolundan danışıb.

Əməkdar artist Nahidə Orucovanın ad günündə qarşılaşan ifaçılar söhbətləri ilə diqqət çəkiblər.

Nadir ona yaxınlaşaraq "Ruhəngiz yeni cavan oxuyan tapıb, ona görə məni atıb. Yanında birinci mən olmuşam" sözlərinə qarşı tərəf "Düz deyirsən, amma mən sənin konsertinə gələndə səhnəyə başqasını çıxartdın" cavabını verib. Nadir daha sonra Allahverdiyevaya yaxınlaşıb və ona təşəkkür edib:

"Əlimdən tutub məni səhnəyə qaldırmısan. Demisən ki, oxu. Sənin zəhmətin danılmazdır. Sən mənim böyük bacımsan".

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl N.Qafarzadəni toylara ilk dəfə özünün apardığını deyib.

Bu gönderiyi Instagram'da gör

Axsam.az_news (@axsam.az_news)'in paylaştığı bir gönderi

Demokrat.az
D
demokrat.az