Şou-biznes Özəl

“Fatmagülün Suçu Ne?” serialının "Mukadde"si — FOTOLAR

“Fatmagülün Suçu Ne?” serialının Mukaddesi — FOTOLAR

“Fatmagülün Suçu Ne?” serialında canlandırdığı Mukaddes obrazı ilə geniş auditoriyanın yaddaşında qalan məşhur aktrisa Esra Dermancıoğlu sosial media paylaşımı ilə izləyicilərini təəccübləndirib.

Aktrisa Instagram hesabında gəlinlik geyindiyi fotolarını paylaşıb və paylaşımına “Evlənirəm” sözlərini əlavə edib. Onun bu paylaşımı qısa zamanda böyük maraqla qarşılanıb.

Beren Saat, Engin Akyürek, Sumru Yavrucuk, Musa Uzunlar və Fırat Çelikin rol aldığı “Fatmagülün Suçu Ne?” serialı yayımlandığı illərdə böyük populyarlıq qazanmışdı. Serialda Mukaddes obrazını canlandıran Esra Dermancıoğlu həm aktyorluğu, həm də sosial mediada etdiyi paylaşımlarla tez-tez gündəmə gəlir.

Aktrisanın gəlinlikli fotoları minlərlə bəyənmə alıb. Lakin paylaşımın real evlilik xəbəri, yoxsa hər hansı layihə və ya xüsusi çəkilişlə bağlı olub-olmadığı barədə hələlik açıqlama verilməyib.

“Fatmagülün Suçu Ne?” serialının Mukaddesi — FOTOLAR
“Fatmagülün Suçu Ne?” serialının Mukaddesi — FOTOLAR

Leyla Demokrat.az

D
demokrat.az