Türkiyədə Malatya və Adanada baş verən zəlzələlərdən sonra bu dəfə Aralıq dənizində yeraltı təkan qeydə alınıb.
Demokrat.az Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 4,3 olub. Yeraltı təkanın ocağı 6,85 kilometr dərinlikdə yerləşib.
Məlumata əsasən, zəlzələ ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə rəsmi məlumat verilməyib. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
Qeyd edək ki, bu gün səhər saatlarında Malatyanın Battalqazi rayonunda 5 bal gücündə, Adananın Saimbəyli rayonunda isə 3,6 bal gücündə zəlzələlər baş vermişdi.


