“İsabelle” və “İmparator” mahnıları ilə tanınan türk rep ifaçısı Sefo aktrisa Çağla Boza evlilik təklifi edib.
Demokrat.az xəbər verir ki, məşhur cütlüyün görüntüləri sosial mediada maraqla qarşılanıb.
Sefo ilə Çağla Bozun bir müddətdir münasibətdə olduğu bildirilir. Rep ifaçısı romantik şəraitdə sevgilisinə evlilik təklifi edib və ona nişan üzüyü təqdim edib.
Dəniz mənzərəli məkanda təşkil olunan şam yeməyindən görüntülərdə cütlüyün xoşbəxt anları əks olunub. Həmin görüntüləri müğənni Demet Akalın “Instagram” hesabında paylaşıb.
Sefo ilə Çağla Bozun münasibətdə olması ilə bağlı iddialar daha əvvəl də gündəmə gəlmişdi. Çağla Boz həmin vaxt “Bir-birimizi tanıma mərhələsindəyik” açıqlamasını vermiş, Sefo isə “Sadəcə dostuq” demişdi.



