Məşhur müğənni və bəstəkar Sinan Akçıl son açıqlaması ilə maqazin gündəminə gəlib.
Demokrat.az xəbər verir ki, sənətçi karyerası ilə bağlı danışarkən Ajda Pekkanla yaşadığı maraqlı hadisəni bölüşüb. Akçılın eyni mahnını fərqli dövrlərdə iki dəfə Ajda Pekkana təqdim etdiyini deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Demet Akalın və Sinan Akçılın aparıcılığı ilə yayımlanan "Yaz Bir Şarkı" proqramında maraqlı bir xatirə gündəmə gətirilib. Veriliş zamanı keçmişdə yaşadığı hadisədən danışan Sinan Akçıl Ajda Pekkanla bağlı diqqətçəkən etiraf edib.
Akçıl bildirib ki, böyük ümidlərlə hazırladığı bir mahnını iki fərqli dövrdə Ajda Pekkana təqdim edib. Onun sözlərinə görə, həmin mahnının demo yazıları musiqiçi Samsun Demir ilə birlikdə hazırlanıb və layihə üzərində uzun müddət çalışılıb.
Sənətçi qeyd edib ki, görülən bütün işlərə baxmayaraq, mahnı müxtəlif səbəblərdən yayımlanmayıb. Daha sonra isə eyni bəstəni yenidən Ajda Pekkana təqdim edib.
Sinan Akçıl 20 may 1982-ci ildə Niderlandda anadan olub. O, türkiyəli bəstəkar, mahnı müəllifi, musiqiçi və müğənnidir. Musiqi ilə sıx bağlı ailədə böyüyən Akçılın atası orkestr dirijoru və bəstəkar Saim Akçıl, bacısı isə pianoçu İdil Akçıldır.
Karyerası ərzində İzel, Ferhat Göçer, Yaşar, Candan Erçetin, Mustafa Sandal, Gülben Ergen, Ebru Gündeş və Petek Dinçöz kimi tanınmış ifaçılar üçün bir çox məşhur mahnının müəllifi olub.
Beynəlxalq miqyasda isə Hadisənin 2009-cu ildə "Avroviziya" Mahnı Müsabiqəsində Türkiyəni təmsil etdiyi "Düm Tek Tek" mahnısının söz və musiqi müəllifi kimi tanınıb. Sonrakı illərdə ifaçılıq fəaliyyətinə də üstünlük verən Sinan Akçıl öz layihələrini təqdim edib və Türkiyə pop musiqisinin tanınmış simalarından biri kimi fəaliyyətini davam etdirir.


