Türkiyəli aktrisa Bergüzar Korel həyat yoldaşı, tanınmış aktyor Halit Ergençin maraqlı içki vərdişini sosial media hesabında paylaşdığı video ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, videoda Halit Ergençin getdiyi hər yerə üç fərqli termos apardığı görünür. Termoslardan biri isti qəhvə, digəri soyuq qəhvə, üçüncüsü isə buzlu su üçün nəzərdə tutulub.
Bergüzar Korel paylaşımına "Hər yerə litrlərlə maye ilə gedirik" qeydini əlavə edərək həyat yoldaşının bu vərdişinə yumorla yanaşıb.
Videoda Korelin "Bunları bayırda içsən nə olar?" sualına Halit Ergenç qısa və səmimi şəkildə "Xoşuma gəlir" cavabını verib.
Cütlüyün səmimi dialoqu sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub və izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.


Leyla Demokrat.az


