Dünya

SEPAH: ABŞ-nin Küveytdəki logistika mərkəzi məhv edilib

SEPAH: ABŞ-nin Küveytdəki logistika mərkəzi məhv edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun Küveytdəki logistika və dəstək mərkəzinin məhv edildiyini bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə IRIB SEPAH-a istinadən məlumat yayıb.

"Qaydaları pozan gəmiləri vurmaq bəhanəsi ilə son gecələr bazalarımıza hücum edən düşmən – Amerika ölkənin cənub əyalətlərindəki bir sıra sahil obyektlərini raket zərbələrinə və bombardmanlara məruz qoyub", - məlumatda bildirilib və SEPAH ilə "Bəsic" üzvlərinin ABŞ-yə cavab verdiyi əlavə edilib.

Qeyd olunub ki, ABŞ-nin hücumları davam edənə qədər İran qisas əməliyyatı aparacaq.

Demokrat.az

D
demokrat.az