Türkiyənin Van şəhərində bu il üçüncü dəfə keçirilən "Kültür Yolu" Festivalı çərçivəsində səhnəyə çıxan reper Sefonun konserti zamanı dava baş verib.
Demokrat.az xəbər verir ki, hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, konsertin sonlarına yaxın iki nəfər arasında yaranan sözlü mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Hadisə ərazidə təşvişə səbəb olub və konsertə gələnlərin mobil telefonları ilə lentə alınıb.
Dava zamanı bir nəfərin xəsarət aldığı iddia edilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunan insident Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə çevrilib.
Jalə Demokrat.az


