Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının 5-ci mövsümü başlamazdan əvvəl heyətdə gözlənilməz dəyişiklik edilib.
Daha əvvəl yeni mövsümdə Murat Aygenin Lider, Laçın Ceylanın isə Devrim xala obrazını canlandıracağı açıqlanmışdı. Lakin ssenaridə aparılan son dəyişikliklər nəticəsində Devrim xala obrazının tamamilə ləğv edilməsinə qərar verilib.
Bununla da Laçın Ceylanın serialdakı iştirakı baş tutmayacaq və aktrisa layihənin heyətindən çıxarılıb.
Murat Aygen isə planlaşdırıldığı kimi Lider obrazı ilə yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq.
Məlumata görə, bu qərar ssenaridə edilən yeniliklərlə əlaqədar qəbul edilib. Hadisə ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.

Leyla Demokrat.az


