Gündəm

Mehman Fərəc Quliyevin səsyazısını yaydı — Blogerlə deputat arasında QALMAQAL (AUDİO)

Mehman Fərəc Quliyevin səsyazısını yaydı — Blogerlə deputat arasında QALMAQAL (AUDİO)

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, bloqer Mehman Hüseynov rəqibi Fərəc Quliyevə cavab verib.

Demokrat.az-ınməlumatına görə, M.Hüseynov deyib ki, F.Quliyev çox zəif rəqibdir: “Fərəc Quliyev, sən bu seçkilərin ən zəif bəndisən! Əlvida! Sənin bu məqamda bircə çıxış yolun var, öz xoşunla siyasi arenadan və seçkilərdən birdəfəlik getmək. Səndən nə siyasətçi çıxar, nə deputat çıxar... Sən hansı üzlə xalqın qarşısına çıxacaqsan? Çıx get artıq! MSK-nın qərarını gözləmə! Səni Azərbaycan xalqı, Qaraçuxur-Yeni Günəşli camaatı qəbul etmir! Səni heç kim tanımır, amma eyni zamanda hamı sənə nifrət edir! Səni mənim hesabıma tanıdılar, amma, təəsüflər olsun ki adın pis çıxıb. Sən saxta yollarla seçkiləri keçib, 10 ildir gedib Milli Məclisdə oturub büdcədən müftə pul oğurlayıb, kef etmisən, bircə dəfədə olsun, bu camaatın problemini dilə gətirməmisən, bircə dəfədə olsun, gəlib camaatın problemləri ilə maraqlanmamısan! Ar olsun sənə! Bu ölkənin çörəyi haram olsun sənə! Sən rüşvətxor, dostlarını satan, iş görməyən, hamını aldadan, yalan danışan bir adamsan və düşünürsən ki, hamı sənin kimidir. Amma yox, sən bu dəfə səhv adama ilişdin! Sən məni yaxşı dəyərləndirmədin. Mənə sənin nə vəzifən , nə pulun, nə vədlərin, nə də özün lazım deyilsən. Sən xalqın səsi ilə alver edən adamsan! Bunu sənə Azərbaycan xalqı heç vaxt bağışlamaz! Fərəc Quliyev sən ləyaqətlə, şərəflə, vicdanla mübarizə apara da bilmirsən. Çünki məndən qorxursan, bilirsən ki, məndən zəifsən, bilirsən ki seçkilərdə mənə uduzacaqsan, bilirsən ki, mənim qarşıma alnı açıq çıxa bilməzsən. Sənin siyasi karyerana son qoydum. Sən artıq camaatın içinə çıxanda utana utana boynu bükülü çıxacaqsan. Vicdan əzabı çəkəcəksən törətdiyin əməllərə görə... Fərəc Quliyev, sənin ətrafın da çürüyüb özün kimi. Sənin ətrafın da ləyaqətdən şərəfdən vicdandan uzaq adamlardır. Mənin valideynlərimə dil uzadıblar, məni dünyaya gətirən anama, atama ilişiblər. Mən valideynlərimlə fəxr edirəm. Çox sağ olsunlar ki, məni dünyaya gətirib və mən onların hesabına sənin əsl sifətini, maskanı cırıb bu xalqa göstərdim. Sənin övladın da murdar adamdır. Çünki mən xəstə ola-ola, sağlamlığım ağır durumda ola-ola düşdüyüm vəziyyətə gülür, məni alçaldır öz aləmində. Ay Fərəc Quliyev, oğluna başa sal ki, bir insanın hər hansı xəstəliyi olanda ona gülmürlər, ona sevinmirlər! Belə qisas alırsız? Fərəc Quliyev, sən həyatının səhvini buraxmısan”.

Qeyd: F.Quliyev M.Hüseynova geri çəkilməsi üçün 15 min manat təklif edib, qarşı tərəf bundan imtina edərək danışıqları ictimailəşdirib.

F.Quliyevin oğlu Mətin Quliyev Mehman Hüseynovun ayağında xərçəng olduğunu bildirərək ironiya ilə “Ayağında “rak” olan Mehman Hüseynov, yaxşı montajçı deyilsən, gözlə cavabın gəlir” yazıb. (pravda.az)

D
demokrat.az