Şou-biznes Özəl

Müğənni Güllünün ölümündən əvvəl çəkildiyi bildirilən yeni görüntülər yayıldı — VİDEO/FOTO

Müğənni Güllünün ölümündən əvvəl çəkildiyi bildirilən yeni görüntülər yayıldı — VİDEO/FOTO

Türkiyənin tanınmış arabesk ifaçısı Güllünün ölümü ilə bağlı aparılan istintaqda yeni görüntülər ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan və müğənninin həyatını itirməzdən qısa müddət əvvəl çəkildiyi bildirilən videolar geniş müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, Güllü 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcıq rayonundakı evinin 6-cı mərtəbəsindən yıxılaraq 51 yaşında vəfat edib. Hadisə əvvəlcə bədbəxt hadisə kimi qiymətləndirilsə də, sonradan əldə olunan təhlükəsizlik kamerası görüntüləri, şahid ifadələri və ekspertiza rəyləri istintaqın istiqamətini dəyişib.

Məlumata görə, yeni yayılan videolar müğənninin ölümündən əvvəl çəkildiyi bildirilən görüntülərdir və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

İstintaq çərçivəsində onlarla şahid dindirilib, təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb, məhkəmə-tibbi və kriminalistik ekspertizalar keçirilib. İddialara görə, hadisə baş verən gecə Güllü evdə qızı Tuğyan Ülkəm Gülter və onun rəfiqəsi Sultan Nur Ulu ilə birlikdə olub.

Məhkəmə-tibbi ekspertizanın rəyində müğənninin ölüm səbəbinin hündürlükdən yıxılma nəticəsində aldığı ağır bədən xəsarətləri olduğu qeyd edilib. Bioloji nümunələrdə Güllüdən başqa şəxsə məxsus DNT izinə rast gəlinmədiyi bildirilsə də, istintaq çərçivəsində hazırlanan digər ekspert rəylərində yıxılmanın kənar fiziki təsir nəticəsində baş verməsi ehtimalı da araşdırılır.

Toksikoloji ekspertizaya əsasən, hadisə zamanı Güllünün qanında 3,53 promil alkoqol aşkarlanıb. Həmçinin az miqdarda reseptlə təyin olunan dərman qalıqları müəyyən edilsə də, narkotik və ya zəhərləyici maddə aşkar edilməyib.

İş üzrə diqqət çəkən məqamlardan biri şahid ifadələri olub. Qızı Tuğyan Ülkəm Gülter hadisənin təsadüf nəticəsində baş verdiyini desə də, digər şahidlər fərqli ifadələr veriblər. Bu ifadələrdən sonra Tuğyan Ülkəm Gülter 2025-ci ilin dekabrında qəsdən adam öldürməkdə şübhəli bilinərək həbs edilib. Onunla birlikdə olan Sultan Nur Ulu barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda ictimaiyyətin diqqəti Yalova Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanması gözlənilən ittiham aktına yönəlib. Sənəddə məhkəmə-tibbi rəylərin, kriminalistik ekspertizaların, texniki sübutların və şahid ifadələrinin yer alacağı bildirilir. Prokurorluğun yekun qiymətləndirməsindən sonra işin məhkəməyə göndərilməsi gözlənilir.

Müğənni Güllünün ölümündən əvvəl çəkildiyi bildirilən yeni görüntülər yayıldı — VİDEO/FOTO

Bu gönderiyi Instagram'da gör

Beyaz Gazete (@beyazgzt)'in paylaştığı bir gönderi

Jalə

D
demokrat.az