Bakının Nərimanov rayonunda 36 yaşlı kişi bacısına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 10-da baş verib. Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Tacəddin həmin gün saat 20:00-da sərxoş halda bacısı Səidə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ailə-məişət zəminində yaranmış mübahisə zamanı o, yumruğu ilə bacısının baş nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Tacəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bacısı ilə barışdığını deyib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Tacəddin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


