Şou-biznes Özəl

Məşhur aktyor xərçəngdən vəfat etdi

Məşhur aktyor xərçəngdən vəfat etdi

Yeni Zelandiyalı məşhur aktyor Sem Neill 78 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, aktyorun bir neçə ildir xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir. O, uzun sürən müalicəyə baxmayaraq, həyatını itirib.

Sem Neill dünya kinosunda yaddaqalan obrazları ilə tanınıb. O, xüsusilə "Yura Parkı" (Jurassic Park) filmində doktor Alan Qrant roluna görə böyük şöhrət qazanıb. Bundan başqa, aktyor "İki yüzillik adam" (Bicentennial Man) və "Qodzilla" (Godzilla) kimi məşhur ekran əsərlərində də rol alıb.

Karyerası ərzində üç dəfə "Qızıl Qlobus" mükafatına namizəd göstərilən Neill, televiziya və kino sahəsində onlarla uğurlu layihədə iştirak edib.

Qeyd edək ki, Sem Neillə 2023-cü ildə xərçəng diaqnozu qoyulmuşdu. O, xəstəliyi ilə bağlı açıq danışaraq, müalicə prosesini ictimaiyyətlə bölüşürdü. Aktyorun vəfatı dünya kino ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.

Jalə

D
demokrat.az