Türkiyə serial sektorunda məşhur aktyorların qazancı yenidən gündəmə gəlib.
Baş rol ifaçılarının bölüm başına aldığı yüksək qonorarlar son dövrlərdə müzakirə mövzusuna çevrilib.
İddialara görə, tanınmış aktyorlar arasında yer alan Kıvanç Tatlıtuğ, Çağatay Ulusoy, Burak Özçivit və Kenan İmirzalıoğlu kimi sənətçilərin həftəlik qazancının 2–4 milyon lirə arasında olduğu bildirilir.
Serial-film sektorunda yaşanan maliyyə çətinlikləri fonunda aktyor qonorarlarının yüksək olması da diqqət çəkir. Xüsusilə məşhur kişi aktyorların aldığı ödənişlərin artması sənayedə müzakirələrə səbəb olub.
Set işçisi Yener Yalçın aktyorların həftəlik 3–4 milyon lirə qazanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, bu məbləğlərin real olduğunu, lakin beynəlxalq səviyyədə o qədər də yüksək sayılmadığını deyib.
Yalçının sözlərinə görə, Türkiyə serial sektoru ABŞ-dan sonra dünyanın ən böyük bazarlarından biridir. O bildirib ki, həftəlik 3–4 milyon lirəlik qonorar təxminən 100 min dollara uyğun gəlir və bu məbləğ ABŞ-da aktyorlara ödənilən qonorarlarla müqayisədə daha aşağıdır.
Leyla Demokrat.az


