"Qala Sığorta" ASC-nin sponsorluğu ilə Bakı Ekspo Mərkəzində “Nəqliyyat-Logistikada Etibarlı Sığorta Tərəfdaşlığı” adlı tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, tədbir ölkənin aparıcı yükdaşıyıcı və logistika şirkətlərinin nümayəndələrini bir araya gətirərək nəqliyyat və logistika sektorunda sığorta həlləri, risklərin effektiv idarə olunması və əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Tədbirdə "Qala Sığorta"nın rəhbər heyəti ilə yanaşı, satış komandasının geniş tərkibdə nümayəndələri də iştirak ediblər.
Şirkət təmsilçiləri tərəfdaşlarla görüşlər keçirərək nəqliyyat və logistika sahəsində mövcud risklər, müasir sığorta məhsulları və biznesin davamlılığını dəstəkləyən həllər barədə fikir mübadiləsi aparıblar.
Görüşlər zamanı gələcək əməkdaşlıq perspektivləri, müştərilərin ehtiyaclarına uyğun sığorta həllərinin tətbiqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.







Demokrat.az


