Kriminal Özəl

Azərbaycanda ər arvadını telefona görə təpiklədi

Azərbaycanda ər arvadını telefona görə təpiklədi

Biləsuvar rayonunda ər arvadını döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.

1994-cü il təvəllüdlü Tacir yaşadıqları evdə arvadı Kəmalə ilə mübahisə edib.

Tacir ilə arvadı arasında mübahisə uşaq üstündə yaranıb. Tacirin azyaşlı oğluna mobil telefonu verməməsi səbəbi ilə arvadı ilə aralarında mübahisə baş verib. Mübahisə zamanı Tacir arvadının baş nahiyəsindən bir neçə dəfə yumruq zərbələri, bədən nahiyəsindən isə bir dəfə təpik zərbəsi ilə vurub. Sonra boğaz nahiyəsindən əli ilə tutaraq sıxıb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Tacirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs arvadını döyməsi ilə bağlı törətdiyi əməldə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsin dediklərini təsdiq edib. O, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını deyib.

Cəlilabad Rayon Məhkəməsi tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edib ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması ilə bağlı o, cinayət məsuliyyətindən azad olunmalıdır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az